Советы для путешествий, гиды по регионам и полезные рекомендации
2022-ci ildə milyarderlər üçün dünyanın ən bahalı şəhərləri Şanxay, London və Taybey olub.
Qlobal Yaşanabilirlik Danimarkanın paytaxtı Kopenhagen ardıcıl ikinci dəfə dünyanın yaşamaq üçün ən əlverişli şəhəri seçilib. Trendx xəbər verir ki, bu barədə Economist Intelligence Unit tərəfindən hazırlanan 2026-cı il üzrə Qlobal Yaşanabilirlik İndeksində qeyd olunub. Reytinqə əsasən, Kopenhagen 173 şəhər arasında sabitlik, təhsil və infrastruktur göstəricilərinin hər birindən maksimum - 100 bal toplayaraq birinci yeri tutub.
Şopinq Səyahət zamanı alış-veriş bir çox insan üçün sadəcə ehtiyac deyil, həm də şəhərin mədəniyyətini və həyat tərzini yaxından tanımaq imkanıdır. Dünyanın müxtəlif ölkələrində yerləşən məşhur alış-veriş küçələri lüks moda evlərindən yerli butiklərə, suvenirlərdən texnologiya mağazalarına qədər hər zövqə uyğun seçimlər təqdim edir. Əgər səyahətiniz zamanı həm gəzmək, həm də alış-veriş etmək istəyirsinizsə, bu küçələri marşrutunuza əlavə etməyə dəyər.
Bal ayı Bali sadəcə tətil deyil, həm də unudulmaz bal ayı səyahəti üçün ən romantik yerdir. Xüsusilə çimərlikləri Bal ayı cütlükləri üçün idealdır. Bali xəyal etdiyiniz çimərlik tətili üçün “Terra Travel”-in tövsiyə etdiyi ən yaxşı yerlərdən biridir. Bitməyən dəniz sahilləri, parıldayan firuzəyi dənizləri və bənzərsiz gözəllik qatan qumlu çimərlikləri ilə siz sakit sularda dinc şəkildə üzə, okean dalğalarında sörf edə və ya sadəcə qumda uzanıb tropik küləkdən həzz ala bilərsiniz.
Günlük Kirayə Ev Şəhərin səs-küyündən uzaqlaşıb təbiətin qoynunda dincəlmək istəyirsinizsə, günlük kirayə evlər ideal seçimdir. İstər ailənizlə, istər dostlarınızla, istərsə də romantik bir istirahət planlaşdırırsınızsa, doğru evi seçmək rahatlığınızı birbaşa təsir edir. Bu yazıda günlük kirayə ev seçərkən diqqət etməli olduğunuz əsas məqamları təqdim edirik.
Səyahət Azərbaycan zəngin tarixi, əsrarəngiz təbiəti və müasir şəhər həyatı ilə Cənubi Qafqazın ən maraqlı turizm istiqamətlərindən biridir. Xəzər dənizinin sahilindən Böyük Qafqaz dağlarına qədər uzanan ölkə hər zövqə uyğun səyahət imkanları təqdim edir. Əgər növbəti səfərinizi planlaşdırırsınızsa, aşağıdakı məkanları siyahınıza əlavə etməyi unutmayın.
Çikaqodakı ən yaxşı restoranlar: Bu ən yaxşı masaları indi sifariş edin