AZN USD 1.7000 ₼ EUR 1.8666 ₼ RUB 0.0207 ₼ TRY 0.0336 ₼
Qəbələdə ən yaxşı hotellər və qiymətləri

Qəbələdə ən yaxşı hotellər və qiymətləri

Qəbələ Azərbaycanın yaşıl guşəsidir. Dağlar, meşələr, şəlalələr, təmiz hava... Şəhərin səs-küyündən uzaqlaşıb dincəlmək istəyənlər üçün əla seçimdir. Üstəlik buradakı hotellər Bakıya nisbətən qat-qat sərfəlidir, gecəsi 80 AZN-dən başlayaraq 3 və 5 ulduzlu hotellər, həmçinin kiçik qonaq evləri mövcuddur. Yəni Qəbələdə hər büdcəyə, hər zövqə uyğun qalacaq yer tapmaq mümkündür. Gəlin birgə nəzər salaq.

Qəbələdə ən yaxşı hotellər və qiymətləri
Содержание
  1. Qəbələ Karvansaray Hotel
  2. Qafqaz Tufandag Mountain Resort
  3. Riverside Hotel Gabala
  4. Chenot Palace Gabala
  5. Gabala Garden Hotel
  6. Hotel seçərkən bunlara diqqət edin
  7. Qəbələdə hotel qiymətləri

Qəbələ Azərbaycanın yaşıl guşəsidir. Dağlar, meşələr, şəlalələr, təmiz hava... Şəhərin səs-küyündən uzaqlaşıb dincəlmək istəyənlər üçün əla seçimdir. Üstəlik buradakı hotellər Bakıya nisbətən qat-qat sərfəlidir, gecəsi 80 AZN-dən başlayaraq 3 və 5 ulduzlu hotellər, həmçinin kiçik qonaq evləri mövcuddur. Yəni Qəbələdə hər büdcəyə, hər zövqə uyğun qalacaq yer tapmaq mümkündür. Gəlin birgə nəzər salaq.


Qəbələ Karvansaray Hotel

Qəbələyə gəlib bu hoteli seçmisinizsə, deməli bir addım artıq öndəsiniz. Ənənəvi karvansaray memarlığını müasir rahatlıqla birləşdirən bu hotel, gecələmək və istirahət etmək üçün bölgənin ən gözəl yerlərindən biridir. Geniş bağ ərazisi, üzgüçülük hovuzu, milli mətbəx restoranı sadəcə möhtəşəmdir. Gecəsi 255–1050 AZN arasında dəyişir.

Qafqaz Tufandag Mountain Resort

Dağ mənzərəsi, xizək sürmək imkanları, saf havası ilə həm qışda, həm də yayda da istirahət etmək üçün əla seçimdir. Tufandağ Resort Qəbələdəki ən zəngin infrastrukturlu istirahət komplekslərindən biridir. Gecəsi 380–720 AZN arasında dəyişən qiymətlərlə bu kompleks, aktiv istirahəti sevən ailələrin və qış turizmi həvəskarlarının sevimli ünvanıdır.

Qafqaz-Tufandag-Mountain-Resort.jpg

Riverside Hotel Gabala

Əyləncə parkına bitişik yerləşən bu hotel xüsusilə uşaqlı ailələr üçün çox uyğundur. Demək olar ki, qonaqlar otaqdan birbaşa attraksionlara yollana bilərlər. Çayın kənarında yerləşən bu hotel, sakitliyi sevən qonaqlar üçün də ideal seçimdir. Axar çayın səsi, meşə havası və özəl dizaynı ilə seçilən Riverside hoteli, yorucu şəhər həyatından uzaqlaşmaq üçün fürsətdir. Gecəsi 340–1460 AZN arasında olan bu hotel, təbiətlə təmas axtaranlar üçün sərfəli yerdir.

Riverside-Hotel-Gabala.jpg

Chenot Palace Gabala

Nohur gölünün ətəyində geniş ərazisi, daxili hovuzu və SPA mərkəzi ilə seçilən Chenot Palace Gabala hoteli, kompleks şəkildə dincəlməyi seçənlər üçündür. Gecəsi 750–1350 AZN arasında dəyişən bu əzəmətli hotel, xüsusilə uzun həftəsonu istirahəti planlaşdıran ailələr arasında çox populyardır.

Gabala Garden Hotel

Böyük Qafqaz dağları ilə əhatə olunmuş bu 5 ulduzlu otel şəhərin mərkəzindən qısa bir məsafədədir və müxtəlif idman mərkəzlərinə yaxındır. Müasir və klassik memarlıq üslubunda tikilmiş Gabala Garden hoteli bütün qonaqpərvərlik standartlarına cavab verir və 96 otaq və 21 kottecdən ibarətdir. Gecəsi 232–960 AZN arasında olan Gabala Garden hoteli, həm istirahət, həm də əyləncəni bir arada təklif edir.

Hotel seçərkən bunlara diqqət edin

Gözəl şəkillər hər şeyi demir. Hotel seçərkən bu məqamlara mütləq diqqət yetirin:

  • Yeri: Gəzməli və görməli yerlərə nə qədər yaxındır? Nəqliyyata çıxış rahatlığı varmı?
  • Rəylər: Booking, Google, TripAdvisor kimi ən az 3 platformada real qonaq rəylərinə baxın. Şəkilləri deyil, şikayətləri oxuyun.
  • Rezervasiya şərtləri: Pulunuzu itirməmək üçün ödəniş və ləğvetmə siyasətini mütləq yoxlayın.
  • Mövsüm: Aktual mövsümdə (iyun–avqust, bayram günləri) erkən bron etmək vacibdir, xüsusilə Qəbələ və Bakı üçün.
  • Qiymətə daxil xidmətlər: Səhər yeməyi daxildirmi? Transfer varmı? Parklanması varmı? Bu məqamlar ümumi xərclərə təsir edir.

Qəbələdə hotel qiymətləri

Seçim üçün bir neçə hotelin adını qeyd etdik, lakin siz istəsəniz BOOKING.COM veb-saytından daha ətraflı axtarış apara bilərsiniz. Qəbələdə gecəsi 80 AZN-dən başlayaraq 2500 AZN-dək zəngin hotel seçimi var. Qiymətlər mövsümə, həftəsonu və bayram günlərinə görə dəyişə bilər. Ona görə də qiymətləri əvvəlcədən dəqiqləşdirin.

Kazimli Anar
Автор