AZN USD 1.7000 ₼ EUR 1.8666 ₼ RUB 0.0207 ₼ TRY 0.0336 ₼
Hindistanda gəzməli yerlər

Hindistanda gəzməli yerlər

Hindistan dünyanın ən çox səyahət edilən və mədəniyyət baxımından ən zəngin ölkələrindən biridir. Burada hər şəhər özünəməxsus tarix, memarlıq və həyat tərzi ilə fərqlənir. Tac Mahal kimi dünya möcüzələri, Caypurun (Jaipur) rəngli sarayları, Goanın möhtəşəm çimərlikləri və Varanasinin özünəməxsus atmosferi səyahətçilərə unudulmaz təcrübə təqdim edir. Bu bloqda siz Hindistanın gəzməli yerləri və ən məşhur şəhərləri ilə tanış olacaqsınız.

Hindistanda gəzməli yerlər
Table of contents
  1. Hindistanın ən məşhur şəhərləri
  2. Hindistanın məşhur tarixi abidələri
  3. Hindistanda dini məkanlar
  4. Hindistanın təbiəti
  5. Hindistanda gəzməli yerlər niyə bu qədər məşhurdur?

Hindistan dünyanın ən çox səyahət edilən və mədəniyyət baxımından ən zəngin ölkələrindən biridir. Burada hər şəhər özünəməxsus tarix, memarlıq və həyat tərzi ilə fərqlənir. Tac Mahal kimi dünya möcüzələri, Caypurun (Jaipur) rəngli sarayları, Goanın möhtəşəm çimərlikləri və Varanasinin özünəməxsus atmosferi səyahətçilərə unudulmaz təcrübə təqdim edir. Bu bloqda siz Hindistanın gəzməli yerləri və ən məşhur şəhərləri ilə tanış olacaqsınız.


Hindistanın ən məşhur şəhərləri

Hindistanın turizm xəritəsi çox genişdir və hər bölgə fərqli bir təcrübə təqdim edir. Şimalda tarixi abidələr, cənubda çimərliklər, mərkəzdə isə mədəniyyət və ənənələr birləşərək unikal bir səyahət atmosferi yaradır. Bu şəhərlər Hindistanı ilk dəfə kəşf edənlər üçün ən ideal başlanğıc nöqtələridir.

Dehli

Dehli Hindistanın paytaxtı və ən görməli şəhərlərindən biridir. Burada Qütb Minar, Hümayun Türbəsi və Hindistan Qapısı kimi məşhur abidələr yerləşir. Köhnə Dehli dar küçələri, bazarları və küçə yeməkləri ilə seçilir. Yeni Dehli isə geniş prospektləri və müasir infrastrukturu ilə fərqlənir. Şəhər Moğol imperiyasının izlərini bu günə qədər qoruyub saxlayır. Dehli turistlər üçün həm mədəniyyət, həm də tarix baxımdan çox zəngin təcrübə təqdim edir. Burada keçirdiyiniz hər gün şəhərin fərqli yerlərini kəşf edirsiniz. Buna görə də Dehli Hindistan səyahətinin ən vacib başlanğıc nöqtələrindən biridir.

Bəs şəhəri bu qədər unikal edən nədir? Yeni Dehlidə gəzməli yerlər haqqında daha ətraflı məlumat üçün daha öncə yazdığımız bloqa keçid edə bilərsiniz.

Dehli.jpg

Mumbay

Mumbay Hindistanın ən böyük şəhərlərindən olmaqla yanaşı, həm də əyləncə mərkəzlərindən biri hesab olunur. Şəhər sürətli həyat ritmi, “Bollywood” kino sənayesi və müasir memarlığı ilə fərqlənir. Burada Hindistanın yerli mədəniyyəti ilə yaxından tanış olacaqsınız. Mumbayın ən məşhur gəzməli yerləri arasında Hindistan qapısı (Gateway of India), “Marine Drive”, Kolaba (Colaba) bölgəsi və “Chhatrapati Shivaji Maharaj Terminus” xüsusi diqqət çəkir. Şəhərin özünəməxsus enerjili dolu atmosferi onu Hindistanda ən fərqli istiqamətlərdən birinə çevirir.

Mumbayın gəzməli yerləri, istirahət məkanları və məşhur yerli təamları haqqında daha ətraflı məlumat almaq, eyni zamanda sərfəli qiymətlərlə Bakı–Mumbay aviabiletlərini nəzərdən keçirmək üçün səhifəyə keçid edə bilərsiniz.

Mumbay.jpg

Əhmədabad

Əhmədabad Hindistanın Gujarat ştatında yerləşən möhtəşəm istiqamətlərdən biridir. Şəhər qədim memarlığı, ənənəvi bazarlar və müasir şəhər infrastrukturu ilə seçilir. Əhmədabadda yerləşən qədim məscidlər, tarixi küçələr və Sabarmati Aşramı turistlərin ən çox ziyarət etdiyi məkanlar sırasındadır. Şəhər Mahatma Qandinin həyatında xüsusi rol oynadığı üçün Hindistan tarixində mühüm yer tutur. Əhmədabad həm də Hindistanın ən sürətlə inkişaf edən biznes və mədəniyyət mərkəzlərindən biri hesab olunur. Burada ənənəvi Hindistan atmosferi ilə müasir şəhər həyatını eyni anda hiss etmək mümkündür.

Əhmədabad səyahəti planlayırsınızsa, şəhərin görməli yerləri, atmosferi və yerli mətbəxi ilə bağlı ətraflı məlumat əldə etmək, həmçinin uyğun qiymətli Bakı–Əhmədabad uçuşlarını araşdırmaq üçün səhifəyə keçid edə bilərsiniz.

Əhmədabad.jpg

Varanasi

Varanasi Hindistanın ən qədim və eyni zamanda ən müqəddəs şəhərlərindən biri hesab olunur. Qanq (Ganga) çayının sahilində yerləşən bu şəhər yerli xalqın inancına görə xüsusi dini əhəmiyyətə malikdir. Bu şəhərdə həyat ritmi tamamilə fərqlidir. Səhər tezdən Qanq sahilində edilən dini ayinlər, günəşin doğuşu ilə birlikdə çay boyunca həyata keçirilən “aarti” mərasimləri və dualar şəhərə fərqli bir atmosfer qatır. Bu mərasimlərə şahidlik etmək həm yerli əhali, həm də turistlər üçün unudulmaz təcrübədir. Şəhərin dar və qədim küçələri, məbədləri və tarixi tikililəri buranın minilliklərə dayanan mədəni irsini əks etdirir.

Varanasi.jpg

Caypur və Udaipur

Caypur və Udaipur Hindistanın Racastan (Rajasthan) bölgəsinin ən məşhur şəhərləri arasında yer alır. Hər iki şəhər zəngin tarixi ilə seçilir.

Caypur “çəhrayı şəhər” kimi tanınır. Burada geniş küçələr, möhtəşəm qalalar, saraylar və rəngarəng bazarlar məşhurdur. “Amber Fort”, “Hawa Mahal” və “City Palace” kimi tarixi məkanlar Caypurun ən məşhur simvollarındandır.

Udaipur isə “göllər şəhəri” adlanır və daha sakit atmosferi ilə fərqlənir. “Lake Pichola” kimi möhtəşəm göllər, su üzərində yerləşən saraylar və gün batımı mənzərələri Udaipuru Hindistanın ən gəzməli şəhərlərindən birinə çevirir.

Caypur-və-Udaipur.jpg

Hindistanın məşhur tarixi abidələri

Hindistan minilliklərə söykənən tarixi, mədəniyyəti və memarlıq nümunələri ilə dünyanın ən zəngin irsə sahib ölkələrindən biri hesab olunur. Ölkənin müxtəlif bölgələrində yerləşən qədim qalalar, saraylar, məbədlər, məscidlər və tarixi şəhərlər səyahətçilərdə böyük maraq doğurur.

Yeni Dehlidə yerləşən tarixi abidələr

Yeni Dehli həm paytaxt kimi, həm də ölkənin zəngin tarixini qoruyan abidələri ilə tanınır. Burada yerləşən Qırmızı Qala (Red Fort), Qütb Minarəsi (Qutub Minar) və Humayun Türbəsi (Humayun’s Tomb) şəhərin ən məşhur tarixi yerləri hesab olunur.

Qırmızı Qala (Red Fort) Mughal imperiyasının əsas iqamətgahı olmuş və uzun illər imperatorların siyasi mərkəzi kimi fəaliyyət göstərmişdir. Bu möhtəşəm qala Hindistanın müstəqillik tarixi ilə də sıx bağlıdır və milli əhəmiyyət daşıyır.

Qütb Minarəsi (Qutub Minar) isə dünyanın ən hündür kərpic minarələrindən biri kimi tanınır. Onun incə oyma detalları və tarixi memarlıq üslubu onu Hindistanın ən diqqətçəkən abidələrindən birinə çevirir.

Humayun Türbəsi (Humayun’s Tomb) isə Mughal memarlığının ən gözəl nümunələrindən biri sayılır və sonradan inşa edilən Tac Mahal üçün ilham mənbəyi olmuşdur. Simmetrik bağları və möhtəşəm dizaynı ilə tikili turistlərin xüsusi marağını çəkir.

Yeni-Dehlidə-yerləşən-tarixi-abidələr.jpg

Aqrada yerləşən tarixi abidələr

Aqra Hindistanın ən çox ziyarət edilən tarixi şəhərlərindən biridir. Şəhər xüsusilə Tac Mahal (Taj Mahal), Aqra Qalası (Agra Fort) və s. kimi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan abidələri ilə məşhurdur.

Tac Mahal (Taj Mahal) Hindistanın ən məşhur tikililərindən biridir. Ağ mərmərdən inşa edilən bu möhtəşəm məqbərə öz simmetriyası və incə memarlıq detalları ilə hər il milyonlarla turistin diqqətini çəkir.

Aqra Qalası (Agra Fort) Moğol dövrünün ən güclü müdafiə qalalarından biri olmuşdur. Bu qala həm hərbi istehkam, həm də imperatorların yaşayış sarayı kimi istifadə edilərək Hindistan tarixində mühüm rol oynayıb.

Aqrada-yerləşən-tarixi-abidələr.jpg

Fatehpur Sikri şəhərində yerləşən tarixi abidələr

Aqra şəhərinə təxminən 35–40 km məsafədə yerləşən bu şəhər keçmiş Moğol imperiyasının paytaxtı kimi böyük əhəmiyyət daşıyır. Aqra şəhəri ilə yaxın olduğu üçün səyahət zamanı turistlər adətən bu iki məkanı eyni gündə planlaşdırır və əvvəlcədən düzgün plan quraraq həm vaxtdan qənaət edirlər həm də daha çox yerlərlə tanış olurlar.

Bu gün Fatehpur Sikri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan qorunmuş tarixi kompleks kimi tanınır. Burada yerləşən Böyük Qapı (Buland Darvaza), Jama Məscidi, Panch Mahal və digər saray tikililəri Moğol dövrü memarlığının ən gözəl nümunələrini nümayiş etdirir.

Fatehpur-Sikri-şəhərində-yerləşən-tarixi-abidələr.jpg

Caypurda yerləşən tarixi abidələr

Caypur Hindistanın Racastan (Rajasthan) ştatının ən məşhur və tarix baxımından zəngin şəhərlərindən biridir. Burada yerləşən Hava Mahal, Amber qalası və Cantar Mantar şəhərin əsas simvolları hesab olunur.

Hava Mahal (Hawa Mahal) “Küləklər sarayı” kimi tanınır və özünəməxsus pəncərəli fasadı ilə fərqlənir. Bu dizayn saray daxilində hava dövranını təmin etmək və kral ailəsi qadınlarının küçəni görünmədən izləməsi üçün inşa edilmişdir.

Amber qalası (Amber Fort) Caypur yaxınlığında təpə üzərində yerləşən möhtəşəm qala-saray kompleksidir. Qala həm müdafiə qalası, həm də kral iqamətgahı kimi istifadə olunmuşdur.

Cantar Mantar (Jantar Mantar) isə qədim rəsədxana kimi inşa edilmiş. Burada yerləşən böyük daş alətlər günəş, ulduzlar və vaxtın ölçülməsi üçün istifadə olunmuşdur.

Caypurda-yerləşən-tarixi-abidələr.jpg

Hindistanda dini məkanlar

Burada Hinduizm, İslam, Buddizm və digər inanclar əsrlər boyu inkişaf etmişdir. Bu müxtəliflik ölkənin mədəni və mənəvi kimliyini formalaşdırmışdır. Hindistanın müxtəlif bölgələrində yerləşən məbədlər, məscidlər və digər dini komplekslər təkcə ibadət yerləri deyil, həm də memarlıq nümunələri kimi diqqət çəkir.

Qızıl məbəd

Amritsar şəhərində yerləşən Sri Harmandir Sahib (Qızıl Məbəd) Siqh dininin ən müqəddəs və ən mühüm ziyarət məkanlarından biridir. Bu möhtəşəm dini kompleks həm mənəvi dəyəri, həm də unikal memarlıq üslubu ilə dünyada böyük şöhrət qazanıb.

Məbəd tamamilə qızılı örtüklə bəzədilib və mərkəzində olan müqəddəs göl (Amrit Sarovar) ilə birlikdə çox maraqlı bir görüntü yaradır. Məbəd günün müxtəlif saatlarında fərqli görünsə də, xüsusilə gecə işıqlandırıldıqda əks olunan mənzərə ziyarətçilər üçün unudulmaz olur.

Qızıl-məbəd(hindistan).jpg

Yeni Dehlidə yerləşən dini məbədlər

Burada yerləşən Lotus məbədi (Lotus Temple), Akşardham məbədi (Akshardham Temple) və Qurudvara Banqla Sahib (Gurdwara Bangla Sahib) şəhərin ən məşhur dini kompleksləri hesab olunur.

Xüsusilə, Lotus məbədi (Lotus Temple) öz futuristik və qeyri-adi dizaynı ilə diqqət çəkir. Lotus çiçəyi formasında inşa edilən bu məbəd Bahai dininə məxsusdur və dinindən asılı olmayaraq hər kəs üçün açıqdır.

Yeni-Dehlidə-yerləşən-dini-məbədlər.jpg

Minakşi Amman məbədi

Maduray şəhərində yerləşən bu məbəd xüsusilə rəngarəng qüllələri (gopuram) və üzərində yerləşən minlərlə heykəl fiquru ilə tanınır. Buradakı detallı oyma sənəti, canlı rənglər və mürəkkəb memarlıq elementləri Cənubi Hindistan məbəd memarlığının ən gözəl nümunələrindən biri hesab edilir. Məbəd daxilində ibadət zalları, müqəddəs hovuzlar, sütunlu keçidlər və müxtəlif dini mərasimlərin keçirildiyi geniş sahələr yerləşir.

Minakşi-mman-məbədi.jpg

Hindistanın təbiəti

Ölkənin fərqli bölgələrində dağlar, meşələr, çimərliklər, səhralar, göllər və milli parklar kimi bir-birindən tamamilə fərqli yerlər mövcuddur. Himalay dağlarından Hind okeanı sahillərinə qədər uzanan geniş coğrafiya Hindistanı istirahət üçün ideal istiqamətlərdən birinə çevirir. Ölkənin milli parkları və qoruqları isə zəngin biomüxtəlifliyi ilə tanınır. Burada pələng, fil, bəbir və müxtəlif nadir heyvan növlərini görmək mümkündür.

Kerala və Munnar

Tropik iqlimi, palma ağacları, çay plantasiyaları, sakit kanalları və okean sahilləri ilə Kerala ölkənin ən məşhur istirahət istiqamətlərindən biridir. Bölgə xüsusilə şəhər səs-küyündən uzaqlaşmaq və daha rahat səyahət təcrübəsi yaşamaq istəyən turistlər tərəfindən seçilir. Munnar isə Kerala bölgəsinin ən məşhur dağ kurortlarından biridir. Dəniz səviyyəsindən yüksəkdə yerləşən bu məkan sərin havası, sonsuz yaşıl çay plantasiyaları və dumanlı dağ mənzərələri ilə tanınır. Burada yerləşən çay plantasiyaları Hindistanın ən gözəl mənzərələrindən hesab olunur və turistlər tərəfindən sevilən yerlərdəndir.

Kerala-və-Munnar-(təbiətinə-aid-ümumi-foto).jpg

Hindistanda gəzməli yerlər niyə bu qədər məşhurdur?

Hindistan şəhərləri, adət-ənənələri, ecazkar memarlığı ilə dünyanın ən gəzməli yerlərindən biridir. Hindistanda bir tərəfdə qədim imperiyaların izlərini daşıyan saraylar, qalalar və tarixi abidələr yerləşdiyi halda, digər tərəfdə tropik çimərliklər, yaşıl dağlar və ekzotik təbiət mənzərələri mövcuddur. Bu müxtəliflik səyahəti daha dinamik və yaddaqalan edir.

Siz də bu rəngli ölkəni yaxından kəşf etmək üçün uçuş cədvəllərini nəzərdən keçirin və səyahətinizi indi planlamağa başlayın.


Kazimli Anar
Written by