Şabran sakitliyin və termal suların diyarıdır. Bura çox vaxt yol üstü bir məntəqə kimi görünür, amma əslində burada dayanmağa dəyər. Şabran ərazisindəki isti su bulaqları, uzun illərdir sağlamlıq turizmi üçün insanları cəlb edir. Dağ və meşələrlə əhatə olunduu üçün buranın iqlimi daha mülayim və qurudur. Şabranda gəzinti marşrutları, meşəliklər, çaylar, göllər, şəfalı kükürdlü bulaqlar və saf dağ bulaqları təbiətsevərləri gözləyir. Böyük Qafqazın sakitliyini hiss etmək və Azərbaycanın az tanınan təbiət incilərini kəşf etmək üçün bundan gözəl fürsət yoxdur. Şabranda qalmaq üçün hotel seçimi elə də geniş deyil. Burada əsas tövsiyə ediləcək hotel Shabran Wellbeing Resort istirahət mərkəzidir. Bundan başqa isə günlük kirayə evlər təklif edilir. Evlərdə qalmaq üçün qiymətlər gecəsi 50 AZN-dən başlayır. Hoteldə isə tez-tez endirimli aksiyalar keçirilir.
Shabran Wellbeing Resort
Dağ yollarını geridə qoyduqca ətrafdakı sükut yavaş-yavaş özünü hiss etdirir. Elə bu sakitliyin içində Shabran Wellbeing Resort sizi yaşıllıqlar, təmiz hava və rahat atmosferlə qarşılayır. Ayurveda terapiyasını təqdim edən hoteldə həzin sükunət hissi Sizi müşayiət edəcək. 12,6 hektarlıq geniş ərazidə yerləşən hotel və istirahət mərkəzi müasir memarlığı təbiətlə ahəngdar şəkildə birləşdirir. Qonaqların seçimi üçün 119 otaq və suit, həmçinin daha çox məxfilik istəyənlər üçün 30 ayrıca kottec mövcuddur. Burada gəzinti cığırları, uşaq meydançası, mini futbol meydançası, qapalı hovuz və açıq havada dincəlmək üçün geniş yay terrasları yerləşir. İstər ailəvi istirahət, istər romantik həftəsonu, istərsə də sadəcə şəhərdən qısa fasilə – burada hər kəs öz ritmini tapa bilər. Gecəsi 170–600 AZN aralığında dəyişən bu hotel, sağlamlığa fokuslanmaq istəyənlər üçün ideal seçimdir.

Gündəlik kirayə evlər
Şabranın yaşıl meşələri, qədim Çıraqqala abidəsinin əzəməti və təmiz havası hər zaman səyyahların diqqət mərkəzindədir. Bölgənin sehrli atmosferini tam hiss etmək və şəhərin səs-küyündən uzaqlaşmaq istəyirsinizsə, yerli sakinlərin təklif etdiyi kirayə evlər məskunlaşmaq üçün sərfəli seçimdir. İstər bağçalı evlər, istərsə də meşə mənzərəli rahat kotteclər, hər kəs öz zövqünə uyğun bir məkan tapa bilər. İstirahət büdcənizə gəldikdə isə, bu bölgədə qiymətlər olduqca münasibdir. Gündəlik kirayə 65 AZN-dən başlayır. Şabranın sükunətini kəşf etmək və doğma qonaqpərvərliyi yaşamaq üçün bu evlər sizi gözləyir.
Qalmağa yer seçərkən nəyə diqqət etməliyik
Gözəl şəkillər hər şeyi demir. Hotel və ya gündəlik kirayə ev seçərkən bu məqamlara mütləq diqqət yetirin:
- • Yeri: Gəzməli və görməli yerlərə nə qədər yaxındır?
- • Rəylər: Booking, Google, TripAdvisor kimi ən az 3 platformada real qonaq rəylərinə baxın. Şəkilləri deyil, şikayətləri oxuyun.
- • Rezervasiya şərtləri: Pulunuzu itirməmək üçün ödəniş və ləğvetmə siyasətini mütləq yoxlayın.
- • Mövsüm: Aktual mövsümdə (iyun–avqust, bayram günləri) erkən bron etmək vacibdir.
- • Qiymətə daxil xidmətlər: Səhər yeməyi daxildirmi? Transfer varmı? Parklanması varmı? Bu məqamlar ümumi xərclərə təsir edir.
Şabranda hotel qiymətləri
Seçim çox zəngin olmasa da siz istəsəniz BOOKING.COM veb-saytından daha ətraflı axtarış apara bilərsiniz. Şabranda gecəsi 65 AZN-dən başlayaraq 600 AZN-dək hotel və gündəlik kirayə ev seçimləri var. Qiymətlər mövsümə, həftəsonu və bayram günlərinə görə dəyişə bilər. Ona görə də qiymətləri əvvəlcədən dəqiqləşdirin.